XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakı səmasında Azərbaycan və Türkiyə hərbi pilotları uçuşlar etdi (FOTO/VİDEO)
Ölkə15:11 03.12.2021

Bakı səmasında Azərbaycan və Türkiyə hərbi pilotları uçuşlar etdi (FOTO/VİDEO)

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd "Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.
Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.
"Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.
Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.
General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/qPdFiDAgeEs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">