İki sərnişin avtobusu təhlükəli şəkildə avtobusları idarə edirBakıda iki sərnişin avtobusu yol hərəkəti haqqında qanunu kobud şəkildə pozaraq qəza şəraiti yaradıb. Bu barədə avtosfer.az saytı video paylaşıb.
Paylaşılan videodan görünür ki, Bakının Səbail rayonu ərazisində, Neftçilər prospektində yaranmış tıxac zamanı iki marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət ediblər. Avtobus sürücüləri qəza şəraiti yaradıblar. Bütün bunlar isə Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” kameralarının qarşısında baş verib.
Videodan görünür ki, qəza şəraiti yaradan avtobuslar 88 və 193 saylı avtobuslardır.
Həmin görüntüləri təqdim edirik: