Xəbər lenti

Bakıda sərnişin avtobusu qəzaya uğradı
Ölkə10:16 02.01.2014

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda minik maşını ilə avtobus toqquşub.

Qafqazinfo.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" markalı minik avtomobili və "IVECO" markalı sərnişin avtobusu toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Qaynar.info