Xəbər lenti

Bakıda şirkət rəhbərinə 178 min dollar “atdılar”
Ölkə18:43 03.01.2017

Bakıda şirkət rəhbərinə 178 min dollar “atdılar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Binəqədi rayonunda 178 min dollarlıq dələduzluq faktı qeydə alınıb.
Qaynarinfo.Az “Report”a istinadən xəbər verir ki, paytaxt sakini, “Şimşək” LTD-nin direktoru, 1960-ci il təvəllüdlü Mansur Yusifov hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirib.
O bildirib ki, ötən ilin may ayında 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva onu aldadıb iş qurmaq adı ilə 178 min 500 ABŞ dollar pulunu alıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az