Xəbər lenti

Bakıda sürücü sükan arxasında öldü - Maşın hasara çırpıldı
Ölkə17:26 16.12.2016

Bakıda sürücü sükan arxasında öldü - Maşın hasara çırpıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda sürücü sükan arxasında ölüb.

Hadisə paytaxtın Səbail rayonu, İstiqlaliyyət küçəsi 19 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Razi Habil oğlu Qarayev idarə etdiyi “Mitsubishi” markalı, H 011728 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən ürəyi tutub və sükan arxasında keçinib.

Avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Faktla bağlı araşdırma aparılır.(apa)

Qaynarinfo.Az