Xəbər lenti

Bakıda sürücüləri çaşdıran işıqfor peyda olub - VİDEO
Ölkə11:09 17.03.2016

Bakıda sürücüləri çaşdıran işıqfor peyda olub - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda yol hərəkətinin təşkili ilə bağlı sürücülər üçün ciddi problem yaranıb. Problem Bakı Dairəvi Yolunun Yeni Yasamala gedən hissəsində yerləşən "Royal Park" adlanan yerin qarşısında quraşdırılmış işıqforun iş rejimi ilə bağlıdır.

Qaynar.info avtosfer.az-a istinadən bildirir ki, həmin işıqfor obyektinin icazə siqnalı qadağan siqnalına keçərkən heç bir xəbərdarlıq (yaşıl işığın yanıb-sönməsi) baş vermir. Yəni, yaşıl işıq bir anda sarı işığa keçir, sarı işıq da qırmızıya. Bütün bunlar cəmi bir saniyədə baş verir. Bu isə bir mənalı olaraq qəzaları qaçılmaz edir. Elə təqdim etdiyimiz videoda da bunu görmək mümkündür.

Qaynar.info