Xəbər lenti

Bakıda təzə gəlin faciəvi şəkildə öldü - Hamilə imiş
Ölkə08:48 28.12.2016

Bakıda təzə gəlin faciəvi şəkildə öldü - Hamilə imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Pərvanə Ədalət qızı Xəlilova yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır. 

***

Dünən Bakıda dəm qazından boğularaq ölən 20 yaşlı qadının hamilə olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Balaxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin hamam otağında qazdan zəhərlənən və xəstəxanaya çatdırılsa da, vəfat edən 20 yaşlı Pərvanə Xəlilova yeni ailə qurubmuş. Onun 2-3 aylıq hamilə olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az