Xəbər lenti

Bakıda vəzifəli şəxsin gəlinlik mağazası cərimələndi
Ekonomiks 12:07 14.09.2024

Bakıda vəzifəli şəxsin gəlinlik mağazası cərimələndi

"So White" gəlinlik mağazası cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq qurum tərəfindən sözügedən mağazada yanğın-texniki müayinənin aparılmasına imkan verilməyib. 

Səbail rayonu, Üzeyir Hacıbəyov 37/43 ünvanında yerləşən "So White" gəlinlik mağazasında keçirilmiş planlı yanğın-texniki müayinə zamanı sahibkar tərəfindən yoxlamaya aid sənədlər təqdim edilməyib. 

Nəticədə sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə "So White" gəlinlik mağazasının sahibi 1000 manat məbləğində inzibati qaydada cərimə olunub. 

Qeyd edək ki, məhkəmədə mağazanın vəzifəli şəxsə məxsus olduğu bildirilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->