Xəbər lenti

Bakıda xüsusi əməliyyat: silah-sursat tapıldı
Ölkə15:15 27.02.2015

Bakıda xüsusi əməliyyat: silah-sursat tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda evlərin birindən silah və sursat aşkarlanıb. Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Qara Əliyevin yaşadığı Xocəsən qəsəbəsindəki evindən nömrəsi silinmiş “Marqolin” markalı tapança, 3 ədəd patron, 1 ədəd patron sandığı və 1 ədəd qumbara aşkar edilərək götürülüb.
Hazırda həmin silahların hansı yolla əldə olunduğu və nə məqsədlə saxlanıldığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info