İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Qaynar.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.
Sabaha Azərbaycan rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Qaynar.info