Xəbər lenti

Bakıda yaşayış binası yanır
Ölkə16:25 15.09.2022

Bakıda yaşayış binası yanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.