Ölkə 12:25 14.08.2022

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Yasamal rayonunda dördmərtəbəli mansardalı yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m² olan mənzilin yanar konstruksiyaları yanıb, 4-cü mərtəbədəki mənzildə 4 ədəd plastik pəncərə çərçivəsi, 1 ədəd kondisioner və tavan örtüyü 2 m² sahədə yüksək temperaturdan əriyib.

Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.