Xəbər lenti

Bakıda yeni avtomobil yolu tikilir
Ekonomiks04:57 31.03.2014

Bakıda yeni avtomobil yolu tikilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun Koroğlu stansiyasına qədər yeni avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri aparılır.

Tikinti işlərinə 2013-cü ilin may ayında başlanıb.

İnşaat işlərini həyata keçirən “Azvirt” MMC-dən verilən xəbərə görə, layihəyə görə, ümumi uzunluğu 17 kilometr olacaq 6 hərəkət zolaqlı yolun hərəkət zolağının eni 3,75 metr təşkil edəcək.

Yol boyu 2 körpü, 2 tunel və 2 piyada keçidinin tikintisi nəzərdə tutulub. Ümumilikdə 1 milyon 300 min kubmetr torpaq işlərinin görülməsi və müxtəlif diametrli 19 min paqonmetr drenaj borularının qoyulması planlaşdırılıb.

Layihə üzrə tikinti işləri 2015-ci ildə tamamlanacaq.//AzərTAc