Xəbər lenti

Bakıda zavodda güclü partlayış: yanğın başladı
Ölkə12:47 10.08.2017

Bakıda zavodda güclü partlayış: yanğın başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.

Bu barədə "Qaynarinfo"ya hadisə şahidləri məlumat veriblər.

Bildirilir ki, yanğın "İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.

Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.

FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb. 

Qaynarinfo.Az