Qaradağ rayonunda yerləşən zavodda yanğın olub.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın səhər saatlarında baş verib.
Qaradağ rayonundakı zavodun ərazisində işıq generatorunun yanar hissələri yanıb. Ərazidəki digər obyektlər yanğından mühafizə olunub.
Alov saat 08:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info