Xəbər lenti

Bakılı “avtoş”lar “06”-ya dəfn mərasimi təşkil etdi - VİDEO
Ölkə10:35 07.11.2014

Bakılı “avtoş”lar “06”-ya dəfn mərasimi təşkil etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avtosfer.az saytı sosial şəbəkələrdə yayılan maraqlı video əldə edib. Videoda müxtəlif markalardan avtomobillərin «söhbəti» əks olunub. Bakılı «avtoş»ların hazırladığı videorolikdə guya avtomobillər danışır.

Onlar «VAZ-2106» markalı avtomobilə dəfn mərasimi keçirirlər. Maşını yudurdub, kəfənləyib, avtomobil qəbiristanlığına aparırlar. Burada da özünəməxsus şəkildə dəfn mərasimi keçirirlər. Videoda əksini tapan maraqlı məqam budur ki, «Mersedes» markalı avtomobilin üzərinə Dövlət Yol Polisi avtomobillərindəki etiketlər yapışdırılıb.

Bu isə qanunsuz əməldir. Hər halda, gənclərin gülmək üçün hazırladığı bu videoda köhnə avtomobillərin istismardan yığışdırılmasına bir çağırış var. Bunu müsbət dəyərləndirmək olar. Amma qaydalara əməl etsəydilər, daha yaxşı olardı. Bütün hallarda, DYP-nin etiketlərindən istifadənin hansı yolla həyata keçirildiyi araşdırılmalıdır.

Qaynar.info