Xəbər lenti

"Bakılılar qırmızı kitaba düşəcəklər" (VİDEO)
Ölkə17:29 07.08.2023

"Bakılılar qırmızı kitaba düşəcəklər" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baku TV Yasamal rayonunda yerləşən "Dağlı məhəlləsi”ndən reportaj hazırlayıb.
Reportajda məhəllə sakinləri köhnə və indiki Yasamalın fərqindən danışıblar.
Onlar əsasən gənclərin böyüklərə hörmətinin azalmasından gileyləniblər:
"Qızla oğlan nişanlı olsalar belə Yasamala əl-ələ girə bilməzdilər. Böyüklər bizi göndərirdilər ki, gedin həmin oğlanı çağırın. Qıza heç nə etmirdilər, oğlanı döyürdülər”.
Məhəllə sakinləri əsl bakılıların sayının azaldığını deyirlər:
"Bakılılar harada qalıb?! Bu gün-sabah "Qırmızı kitab”a düşəcəklər”.
Daha ətraflı süjetdə: