Bakıda intihar edən ana və qızın ölümünün müəmmalı tərəfləri; Müxbirimiz 12 avqust səhəri Bakını silkələyən dəhşətli qətli araşdırıb; ortaya ciddi müəmmalar çıxıb; hadisə yerində nə bir iz, nə bir qan ləkəsi...
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 10:30 radələrində, ana və qızözlərini yaşadıqları binanın doqquzuncu mərtəbəsindən ataraq intiharediblər. Hadisə Bakı şəhəri, Yeni Yasamal 2, bina 10 ünvanında başverib.
Yasamal Rayon Polis İdarəsindən verilən xəbərdə deyilir ki, bu ünvanda yaşayan 1968-ci il təvəllüdlü
Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü
Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Qaynar.info xəbər verir ki, bu dəhşətli hadisənin təfərrüatlarını öyrənmək üçün musavat.com-un əməkdaşı, adı çəkilən ünvana baş çəkib.
Hadisəyerinə təxminən saat 12:30 radələrində çatırıq. Mənzildən gələn ağlaşmasəsi binanın həyətindən eşidilir. Evdə hadisəni eşidib gələn qonşularvə yaxın qohumlardan başqa heç kim yoxdur. Onlar deyirlər ki, elə hadisəbaş verən kimi evə polis əməkdaşları gələrək, meyitləri tibbiekspertiza üçün aparıblar. Mərhum ana və qızın ailə üzvləri də onlarlabirgə gediblər.
İki üzvü intihar edən ailə haqqında mərhum Kifayət Abbasovanın bacısı
Bəsti Quliyeva ilə söhbət əsnasında məlum olur ki, intihar edən qadının əsil adı Kifayət yox,
Nailə Abbasovadır, qızının adı isə
Aytac Fərzəliyevadır.Bacısının sözlərinə görə, Fərzəliyevlər çox kasıb, sakit və mehribanailə olublar. Ailə beş nəfərdən ibarət imiş. Ailə başçısı
Asəf Fərzəliyev, mərhum həyat yoldaşı Nailə Abbasova, oğlu
Babək, qızları Aytac (intihar edən) və
Aytən ( itkin düşən).
NailəAbbasova evdar qadın olub, yoldaşı Laçın rayonundan qaçqın düşən AsəfFərzəliyev isə mal-qara alveri ilə məşğul olub, ailəsini çətinliklədolandırırmış. İkiotaqlı təmirsiz evin kasıb mənzərəsi də, ailənin maddidurumu haqqında çox söz deyir. Yaxınlarının dediklərinə görə, bu günəqədər ailədə heç vaxt ciddi problem yaşanmayıb.
İntiharın ən çox səslənən səbəbi – qaçan qız Evdəkiqohumlardan və ailənin yaxınlarından intihara səbəb ola biləcəkamilləri soruşuruq. Heç kim cavab vermək istəmir. Ən yaxın qohumlar beləhadisədən xəbərsiz olduqlarını deyirlər.
Xəbərdə də qeydetdiyimiz kimi, ailənin kiçik qızı Aytən Abbasova 4 gündür itkin düşüb.Onun hansısa oğlana qoşulub qaçdığı ehtimal edilir. Ailə üzvləri 4gündür ki, Aytənin axtarışı ilə məşğul imişlər. Elə intihara səbəb kimidə, ananın qızının itkisinə dözə bilməyib, digər qızı ilə birgə buaddımı atması göstərilir.
Mərhum Nailə Abbasovanın bacısı BəstiQuliyevanın sözlərinə görə, hadisə vaxtı ailə başçısı Asəf, oğlu Babəkvə mərhumun qardaşı da evdə olub: “İtkin düşən Aytəni tapabilmədiklərinə görə, həyat yoldaşı bacımdan qızın şəklini istəyib. Şəklipolisə təqdim edib axtarışa vermək istəyirmiş. Bir müddət keçib vəbacım ortalıqda görünməyib. Oğlu Babək anasını səsləyib, cavabgəlməyəndə axtarmağa başlayıb, qonşulardan soruşub. Daha sonra ana vəqızın intihar etdiyindən xəbər tutublar. Hər ikisi özlərini yataqotağının pəncərəsindən atıblar. Qaçan qızdan isə heç bir xəbər yoxdur.Onun öz istəyi ilə qaçdığı, yoxsa zorla qaçırıldığı da bəlli deyil”.
İntihar edən qız məktub yazıbmışMusavat.com-a açıqlamasında, Yasamal Rayon Polis İdarəsindən leytenant
Fərid İsmayılovbildirib ki, mərhumun evindən 17 yaşlı Yeganə Abbasovaya ( Aytac )məxsus məktub tapılıb. Məktubda mərhumun artıq yaşamaq istəmədiyi vəölümündə heç kimin günahı olmadığı qeyd edilib. F. İsmayılov bildiribki, hələlik intihar faktının təfərrüatları haqqında onlarda olan məlumatbundan ibarətdir: “Hazırda faktla bağlı araşdırma aparılır, meyitlərtibbi ekspertizaya aparılıb. Yəqin ki, daha dəqiq səbəblər təhqiqatınnəticəsində ortaya çıxacaq.”
Onu da qeyd edək ki, ailənin yaxınları ilə söhbət zamanı hər hansı məktubun olduğu səslənmədi.
İntiharın müəmmalı tərəfləriMərhumunbacısı Bəsti Quliyevanın sözlərinə görə, ana və qız intihar edən zamanevdə 3 nəfər ailə üzvü olub. Ancaq Yasamal Rayon Polis İdarəsindənonlarda bu haqda məlumatın olmadığı bildirildi.
Digər tərəfdən,intihar edən şəxslərin dünyasını dəyişdiyi yerə baş çəkərkən oradahadisə ilə bağlı heç bir iz görmədik. Doqquzuncu mərtəbədən yıxılan ikinəfərin heç bir yerinin qanamaması və yerdə qan izlərinin olmamasıdeyilənlərin həqiqət olması ilə bağlı şübhələr yaradır. Binanın arxatərəfi olan bu ərazi daşlıq olduğundan buraya yıxılan insanın heç birxəsarət olmadan dünyasını dəyişməsi inandırıcı deyil.
Qaynar.info










