Xəbər lenti

Bakının 6 qəsəbəsinin su-kanalizasiya sistemləri yenidən qurulacaq
Ölkə05:46 15.03.2022

Bakının 6 qəsəbəsinin su-kanalizasiya sistemləri yenidən qurulacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərsu” ASC Bakının Şağan, Şüvəlan, Buzovna, Maştağa, Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri üçün 3 açıq tender elan edib.
Qaynarinfo xəbər verir ki, tenderlərdə iştirak haqqı 500 manatdır.
İddiaçılar ilkin sənədləri aprelin 25-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə mayın 6-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən baş ofisinə təqdim edə bilərlər.
Təkliflərə mayın 10-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.