Xəbər lenti

Bakının bu ərazilərində evlər söküləcək
Ekonomiks 15:09 18.06.2025

Bakının bu ərazilərində evlər söküləcək

Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib.

Bu barədə Banker.az məlumat yayıb. 

Bildirilib ki, söküntü işləri Binəqədi rayonu Dəmiryol küçəsi, ev 19 və Ağa Nemətulla küçəsi, ev 13 ünvanlarında yerləşən və istismara yararsız hesab edilən binaları əhatə edəcək.

Binəqədi Rayon İcra Hakimiyyətindən də Baku.ws-ə adı çəkilən ərazilərdə söküntü işlərinin aparılacağı təsdiqlənib.

Qeyd edək ki, söküntü işlərinin hansı tarixdə aparılacağı hələlik açıqlanmayıb. Lakin əhaliyə yaşadıqları və qəzalı vəziyyətdə olan binalarını tərk etmək üçün kompensasiya təklif ediləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->