Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə İqtisadiyyat.az Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.
Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.
İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini "Az.Arxitektura" şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən "The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq.
Şərhlər