Əmlak məsələləri üzrə ekspert Ülvü Əliyev deyir ki, son bir il ərzində əmlak qiymətlərində üç dəfə bahalaşma olub.
Onun sözlərinə görə, bu gün Bakıda xüsusilə biznes məqsədləri üçün qeyri-yaşayış sahələri almaq istəyənlərin sayı artıb: "Buna paralel olaraq qiymətlər də yüksəlib”.
O, qiymət artımın səbəblərini açıqlayaraq qeyd edir ki, sənədsiz obyektlərin satışı çox çətindir. Üstəlik bu obyektlərin alqı-satqısında müəyyən əngəllər yaranır. Bu səbəbdən də bazarda az sayda qeyri-yaşayış sahələri təklif edilir.
Ekspert onu da qeyd edib ki, sənədsiz qeyri-yaşayış sahələrinə çıxarışın verilməsi prosesinə başlanılması da bazara da öz təsini göstərəcək.
Sənədləşmə işi tam başa çatdıqdan sonra obyeklərin sayından asılı olaraq qiymətlərdə ucuzlaşma olacağı da istisna edilmir.