Qəza zamanı tələfat qeydə alınmasa da, minik maşınına böyük ziyan dəyib
Ötən gecə Bakının Nəsimi rayonu ərazisində sürücünün diqqətsizliyi qəzaya səbəb olub. Nəsimi rayonu Ceyhun Hacıbəyov küçəsində baş verən hadisə zamanı “Jeep” maraklı nəqliyyat vasitəsi yol kənarındakı səkiyə çırpılıb.
Bundan sonra sürücünün idarəetməsindən çıxan avtomobil bir neçə dəfə dövrə vuraraq arxası üstə çevrilərək yolun hərəkət hissəsinə aşıb.
Avtomobilin normal vəziyyətə gətirmək üçün əraziyə qaldırıcı kran cəlb olunub. Hadisə zamanı xoşbəxtlikdən tələfat faktı qeydə alınmasa da, minik maşınına böyük məbləğdə maddi ziyan dəyib.
Qəzaya səbəb kimi ilkin olaraq sürücünün sürət həddini aşması və elə də dönmə əməliyyatını düzgün icra etməməsi göstərilir.
Qəzanın təfərrüatlarını isə Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin müvafiq bölməsi araşdırır. // ANSpress