Xəbər lenti

Bakının mərkəzinə ilanlar necə gəlib?
Ölkə05:24 28.05.2014

Bakının mərkəzinə ilanlar necə gəlib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə Bakının mərkəzində sürünən ilanlar gözə dəyib. Bu görüntü sakinləri qorxuya salıb. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Bu məsələdə bəzi suallar açıq qalır. Ən maraqlısı isə Bakının mərkəzinə ilanların necə gəlməsidir. Axı şəhər ilanların yaşayış məskəni deyil.

Day.Az saytı ilanların şəhərə necə düşdüyünü araşdırıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya institutunun hipertologiya laboratoriyasının elmi işçisi Təvəkkül İsgəndərovun sözlərinə görə, yerin üst qatlarında hansısa proses gedəndə heyvanlar narahatlıq keçirirlər. Ancaq belə şeylər adətən ilanların məskunlaşdığı yerlərdə baş verir. Bakı isə ilanların təbii məskunlaşdığı yer deyil. Burada ilana rast gəlmək ümumiyyətlə mümkün deyil. Bu səbəbdən də endogen proseslər ucbatından ilanların üzə çıxması mümkün deyil.

Mütəxəssis qeyd edib ki, bulvar ərazisində su ilanlarına rast gəlmək mümkündür. Ancaq onlar təhlükəsizdirlər.

İsgəndərov qeyd edib ki, ilanların şəhərin mərkəzinə düşməsinin iki səbəbi ola bilər.

"İlk növbədə tikinti materiallarının daşınması zamanı gələ bilər. Tikinti materiallarının gətirildiyi yerlər bu sürünənlərin təbii məskənləridir. İkinci səbəb isə o ola bilər ki, kimsə evində ilan saxlayıb, indi isə onlardan yaxasını qurtarmaq istəyib", - o əlavə edib. //Milli.Az