Xəbər lenti

Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO)
Ekonomiks16:15 12.11.2018

Bakının məşhur bazarı sökülür: yerində bina tikiləcək (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin sonuna kimi Bakının məşhur "Nəsimi bazar”ı söküləcək.
Qaynarinfo-nun unikal.org-a istinadən əldə etdiyi məlumata görə, bazarın ərazisi "Pilot layihə”yə salınıb. Artıq obyektin yaxınlığında söküntü işlərinə başlanılıb. Bu ilin sonunadək bazar tam sökülərək, yerində 4 böyük hündürmərtəbəli binanın tikintisinə başlanılacaq. Bina isə "OLYMPUS park” şirkəti tərəfindən inşa ediləcək.
"OLYMPUS park” şirkəti artıq yeni binaların alıcılarını axtarır. Bunun üçün müştərilərini əmin edir ki, bu ilin sonunadək bazar söküləcək və yerində sözügedən yaşayış binaları tikiləcək.