Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) komandası Bakının Yaşıl bazarı ilə bağlı video hazırlayıb.
Anspress-in məlumatına görə, I Avropa Oyunlarının Bakıdakı coşğusunu dünyaya çatdıran komanda bu dəfə yolunu paytaxtımızın ən iri bazarlarından biri olan Yaşıl bazardan salıb.
"Youtube" video portalında yerləşdirilən videoda Azərbaycan fermerləri və mövsümi məhsullar əks olunub. İnsanlara bildirilir ki, soyuducunu doldurmaq üçün Yaşıl bazara getmək kifayət edir. Bu bazardan Azərbaycanda yetişdirilmiş təzə məhsulları almaq, hətta onların pulsuz dadına da baxmaq mümkündür.
Satıcılar insanlara qarşı xeyli mehribandır və siz bazarlıq etməsəniz belə bazardan əli dolu çıxa bilərsiniz. Satıcılar sizə hər məhsuldan pay verəcək və sizin bazardakı gəzintiniz daha maraqlı olacaq.