Siyasət 18:34 06.12.2022

Bakının sülh müqaviləsi ilə bağlı təkliflərinin necə olduğunu demək hələ tezdir - Ağacanyan

Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı təkliflərinin Ermənistan üçün məqbul olub-olmadığını söyləmək hələ tezdir.

Qaynarinfo Sputnik-ə istinadla xəbər verir ki, bu sözləri parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Eduard Ağacanyan bildirib.

Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, rəsmi Bakı sülh yolu ilə nizamlanmaya dair saziş layihəsini hazırlayıb İrəvana təqdim edib.

"Bu təkliflər mümkün sənədin işlənib hazırlanması üçün iş prosesidir. Birincisi, biz Azərbaycan tərəfdən təkliflər almışıq, ondan sonra biz onlara münasibətimizi təqdim etmişik və üçüncü dəfədir ki, cavab almışıq. Yəni vahid əsaslı mətn üzərində söhbət işləməkdən gedir. Mətn iş mərhələsində olduğundan, təkliflərin məqbul olub-olmadığını söyləmək hələ tezdir”, - deyə Ağacanyan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Azərbaycan Ermənistan tərəfinin təkliflərinin Bakı üçün qəbuledilməz olduğunu bəyan etməyib.

Bundan əvvəl baş nazir Nikol Paşinyan parlamentin tribunasından söz-söhbətə səbəb olan sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib. İrəvan ilkin olaraq Ermənistan-Azərbaycan sərhədinin demilitarizasiyasının, qoşunların çıxarılmasının əks olunmasının və sərhədin müəyyənləşdirilməsində 1990-cı ilin xəritələrinin əsas götürülməsinin tərəfdarı kimi çıxış edır.
 
Alpər