Xəbər lenti

Bakıya gəlməyə hazırlaşan milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə - FOTOLAR
Maqazin08:34 05.04.2017

Bakıya gəlməyə hazırlaşan milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sosial medada "Rəqs edən milyonçu" adı ilə məşhurlaşan iş adamı Canluka Vakki sevgilisi Giorgia Qabriele ilə Mayamidə görünüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 49 yaşlı milyonçu özündən 18 yaş kiçik sevgilisi ilə çimərlikdə əylənib. Hər kəsin diqqətini çəkən ikili sevənləri ilə foto çəkdirib. İnstaqramda 8 milyondan çox izlıyici olan Vakkinin gənc qız fanatları onu əhatəyə alıblar.

Qeyd edək ki, C.Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq. O, mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq. Vakki festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.

Qaynar.Az