Xəbər lenti

"BakuBus"a yeni rəhbər təyin edildi
Ölkə12:12 20.10.2021

"BakuBus"a yeni rəhbər təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus "BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.
T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.
"BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.