Xəbər lenti

"Balaca kişilər" “2783…”-ün qalibi oldu
Sənət06:19 25.05.2022

"Balaca kişilər" “2783…”-ün qalibi oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
44 günlük Zəfər savaşımızdan və tarixi qələbəmizdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Qarabağ – Vətən müharibəsi mövzusunda "2783…” adlı pyes müsabiqəsinin qalibləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, müsabiqəyə təqdim olunan əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin «Balaca kişilər» pyesi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qalib elan olunub. Müsabiqə şərtlərinə görə təqdim olunan əsərlər tarixi zəfərin, Qarabağ qələbəsinin ab-havasını, bu önəmli hadisənin bütövlükdə ölkənin və ayrı-ayrı insanların həyatına, düşüncələrinə təsirini əks etdirməlidir.
Teatrdan verilən məlumata görə, pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq. Həmçinin müsabiqənin şərtlərinə görə əsər "Azərbaycan" dərgisində işıq üzü görəcək. 
Bahar Rüstəmli