Xəbər lenti

Baloğlan Əşrəfovun oğlu: “Allah bilir biz bu bir ili necə keçirdik...”
Sənət10:11 26.04.2022

Baloğlan Əşrəfovun oğlu: “Allah bilir biz bu bir ili necə keçirdik...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun ölümündən bir il keçir.
Mərhumun oğlu Elşən Əşrəfov Qaynarinfo-ya açıqlamasında bu gün mərhumun il mərasiminin keçiriləcəyini bildirib:
"Bu gün il mərasimidir. Məclis orucluqla əlaqədar saat 17:00-da başlayacaq. Kim gələr-gələr, qapımız açıqdır. Bir Allah bilir ki, biz bu bir ili necə keçirdik. Onu dillə izah etmək çox çətindir. Bunu ancaq valideynlərini itirən insanlar bilər. Atasız çox çətindir”. 
Əməkdar artist Yusif Mustafayev ailəsi ilə birlikdə Baloğlan Əşrəfoun il mərasiminə getdiyini vurğulayıb:
Biz onlarla ailəvi dostuq, hazırda onlara gedirik. Onsuz bir il keçirdik. Elə tez keçdi ki bu bir il. Nə bilim, həyatdır da… Heç kəs bilmir ki, nə vaxt və necə öləcək. Baloğlan xəstə olanda yanına gedə bilmirdik, ancaq telefonla danışırdıq. Kimin ağlına gələrdi ki, o boyda əməliyyatdan çıxan sənətkar koronya yoluxacaq? Heyif ondan… Baloğlan sağlam idi, insanları həyəcan, qorxu öldürdü. 
Baloğlan bütün arzularına çatmışdı, balaları, nəvələri vardı, hamısını yerbəyer etmişdi. Çox vətənpərvər oğlan idi. Hərənin bir qisməti var”.
Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfov 2021-ci il aprelin 26-da dünyasını dəyişib.
Bahar Rüstəmli