Xəbər lenti

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib (VİDEO)
Sənət04:36 08.02.2022

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "O üz" proqramında qonaq olub.
Qaynarinfo xəbər verir ki, verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:
"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".
Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.
<iframe width="500" height="315" src="https://www.youtube.com/embed/v8y9IN-SBV4" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">