
Artıq uzun müddətdir ki, şou-biznesdə heç kəslə qalmaqal yaşamayan, sadəcə yaradıcılığı ilə məşğul olan Əməkdar artist Baloğlan Əşrəfovdan xəbər var.
Qaynarinfo.az xəbər verir ki, ifaçı yeni mahnılar üstündə çalışsa da, hələki konsert vermək niyyətində olmadığını açıqladı. Sən demə əməkdar artist toylara yarım saatlıq oxumağa getmirmiş. Müğənni bunun səbəbini dedi
“Bəzən zəng edib deyirlər ki, Baloğlan müəllim gəlin toyumuzda iştirak edin, heç olmasa yarım saatlıq öz mahnılarınızdan fanaqrama oxuyun. Mən isə başa salıram ki, mən fanaqrama oxuyan deyiləm. Nə də, yarım saata orda nəsə canlı ifa etmək olmaz. Ola bilər ki, sənin musiqiçilərin çox peşəkardı, olsun ama mənim proqramımı bilmirlər. Ona görə heç bir toya yarım saatlıq getmirəm”.
Qaynarinfo.az