Xəbər lenti

Baloğlan Əşrəfovun qohumunu maşın vurdu
Ölkə05:27 07.04.2017

Baloğlan Əşrəfovun qohumunu maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Masallı rayonunun Bədalan kəndində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Qaynar" "Report"a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü, Tağıyev Rauf Rafiq oğlu yolu keçmək istəyərkən onu maşın vurub.

Nəticədə piyada ağır kəllə-beyin travması alaraq Bakı şəhərində yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Masallı rayon Polis şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, zərərçəkən müğənni Baloğlan Əşrəfovun bibisi nəvəsidir.

Qaynar.Az