Xəbər lenti

Balotelli "Qalatasaray" azarkeşlərini həyəcanlandırdı - FOTO
İdman06:24 21.07.2014

Balotelli "Qalatasaray" azarkeşlərini həyəcanlandırdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Milan"ın ulduz futbolçusu Mario Balotelli yenidən "Qalatasaray"lı azarkeşləri həyəcanlandırıb. 

Fanat.az xəbər verir ki, Cesare Prandellinin "Qalatasaray"a gəlməsiylə adı "sarı-qırmızılar"la tez-tez xatırlanmağa başlayan ulduz futbolçu "İnstagram" səhifəsində Aslan şəkili paylaşıb.

Bu paylaşım isə "Qalatasaray" azarkeşləri tərəfindən böyük marağa səbəb olub. 23 yaşındakı ulduz futbolçu paylaşdığı fotoşəkilin altına "Meşə qaydaları. Aslan meşənin kralıdı və gözəl heyvandı. Onu sevirəm" şəklində şərh yazıb.

"Cim-Bom" azarkeşləri isə Balotellinin bu paylaşımın altından "Gel "Qalatasaray"ın "Aslan kralı ol" şəklində şərhlər yazıblar.

Qaynar.info