Xəbər lenti

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib
Foto 14:45 28.03.2025

Bank Respublika və Nargis Fondu Şuşada iftar süfrələri təşkil edib

"Bank Respublika”nın dəstəyilə Şuşada ilk dəfə olaraq iftar çadırları qurulub

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondunun təşkilatçılığı və "Bank Respublika”nın dəstəyilə Şuşa şəhərində ilk dəfə olaraq iftar çadırları qurulub. 

Bu müqəddəs günlərdə Şuşa sakinlərinin bir araya gəlməsi və iftar sevincini birlikdə yaşaması üçün təşkil olunan bu təşəbbüs şəhərdə xüsusi bayram atmosferi yaradıb. Şərq üslubunda bəzədilmiş çadırlarda sakinlər bir araya gələrək Ramazan ayının ruhunu bölüşüb, dua edib, iftar sevincini birlikdə paylaşıblar.

Aksiya müddətində yüzdən çox insan iftar süfrəsinin qonağı olub, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün isə, iftar payları birbaşa yaşadıqları ünvanlara göndərilib.

Bu əlamətdar hadisə, yalnız bir xeyriyyə təşəbbüsü deyil, həm də Azərbaycan xalqının yenidən öz torpaqlarında bir araya gələrək birliyini və qardaşlığını qeyd etməsinin simvolu olub.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->