Xəbər lenti

“Bank VTB Azərbaycan” nın mənfəəti 1 milyon manatdan çox azalıb
Ekonomiks 16:34 15.01.2024

“Bank VTB Azərbaycan” nın mənfəəti 1 milyon manatdan çox azalıb

"Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 1 milyon 296 min manat, yaxud da  10,9% azdır.

"Bank VTB Azərbaycan” gəlirləri 2023-cü ildə 34 milyon 972 min manat təşkil edib, bu, 2022-ci illə müqayisədə 4 milyon 258 min manat  (10, 9%) azdır.

Bu il yanvarın 1-nə "Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 18,9% böyüyüb.

Hesabat dövründə "Bank VTB Azərbaycan”ın öhdəlikləri 0,4% artaraq 158,845 milyon manat, o cümlədən depozit portfeli 5,8% azalaraq 89,351 milyon manat, balans kapitalı isə 13,5% artaraq 91,055 milyon manat olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->