Xəbər lenti

Banklar hərraca daha çox manat çıxartdı – NƏTİCƏ
Ekonomiks11:28 13.02.2017

Banklar hərraca daha çox manat çıxartdı – NƏTİCƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən depozit hərracının nəticəsini açıqlayıb. 

AMB-dən Qaynarinfo.Az-a verilən məlumata görə, hərracda tələb 197 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,74% təşkil edib.

Qeyd edək ki, AMB bugünkü hərracda 150 mln. manat məbləğində vəsait cəlb etmək niyyətində olub. Depozit hərracının müddəti 14 gün, hərrac üzrə faiz dərəcələri 12,01%-14,99% təşkil etməli idi.

Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.

Beləliklə, hərracda tələb təklifi 31,3% üstələyib.

Qaynarinfo.Az