Xəbər lenti

Barış Mançonun evi ziyarət üçün açıldı
Ölkə06:09 01.02.2014

Barış Mançonun evi ziyarət üçün açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kadıköy bələdiyyəsi unudulmaz sənətçi Barış Mançonun ölümünün 15-ci ildönümündə bir sıra anma tədbirləri təşkil edib

Türk müğənnisi Barış Mançonun Kadıköydəki evi sənətçinin ölümünün 15-ci ildönümündə təşkil edilən anma tədbirləri çərçivəsində gələnlərə giriş pulsuz edilib. 

Ans press-in Türkiyə mətbuatına istinadən məlumatına görə, Kadıköy bələdiyyəsi unudulmaz sənətçi Barış Mançonun ölümünün 15-ci ildönümündə bir sıra anma tədbirləri təşkil edib. Yanvarın 31-də ziyarət üçün açılan sənətçinin evinə gələnlərin sayı çox olub. Onlar Barış Mançonun geyimləri, aksesuarları ilə tanış olublar, maraqla gəzdikləri evdə çoxlu şəkil çəkdiriblər.

Qaynar.info