Xəbər lenti

“Barselona”nın baş məşqçisi dəyişdi
İdman05:24 14.01.2020

“Barselona”nın baş məşqçisi dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın "Barselona” klubunda baş məşqçi dəyişikliyi rəsmiləşib. 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi çalışdırıcısı Ernesto Valverde ilə vidalaşıb.
Onun əvəzinə artıq yeni baş məşqçi də təsdiqlənib. "Barselona” 61 yaşlı Kike Setyenə həvalə olunub. "Betis”in sabiq çalışdırıcısı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb. 
Bu gün onun rəsmi təqdimatı olacaq. 
Qeyd edək ki, 2017-ci ildən "Barselona”nın "sükanı arxası”nda olan Valverde komandanı 163 rəsmi matça çıxarıb. O, bunlardan 108-də (66 faiz) qələbə qazanıb, 35-də heç-heçə (22) edib və 20-də (12) məğlub olub. 
"Barselona” La Liqada 19 turdan sonra 40 xalla birinci pillədədir.