Xəbər lenti

Baş direktor birliyin əməkdaşlarını mükafatlandırdı və iftar süfrəsinə dəvət etdi (FOTO)
Ölkə16:27 23.04.2022

Baş direktor birliyin əməkdaşlarını mükafatlandırdı və iftar süfrəsinə dəvət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran rayonunda bir qrup Birlik əməkdaşı ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, görüşdə Birlik rəhbəri ilə yanaşı, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov da iştirak edib. Baş direktor hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə də yaxından maraqlanıb. Birlik rəhbəri nəzarətçi-çilingərlərin Birliyin fəaliyyətində mühüm rol oynadığını bildirərək, üzərlərinə düşən məsuliyyətli işi layiqincə icra etdiklərinə görə onlara təşəkkür edib. Birlik rəhbəri Lənkəran Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrinin ümumilikdə 28 əməkdaşını "Azəriqaz" İstehsalat Birliyində faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb. Daha sonra baş direktor Ramazan ayının həmrəylik, dostluq, mərhəmət və ruzi ayı olduğunu qeyd edərək, mükafatlanan hər bir əməkdaşı iftar süfrəsinə dəvət edib.