Xəbər lenti

Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı
Ölkə09:08 23.09.2013

Baş Polis İdarəsi mitinqlə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mitinqdə ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib

Azərbaycan  Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) Demokratik Qüvvələrin Milli Şurasının dünən Bakıda keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, sentyabrın 22-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifət yönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.


Qaynar.info