Xəbər lenti

Baş Prokurorluqdan ağır cinayətlə bağlı AÇIQLAMA
Ölkə13:32 28.08.2013

Baş Prokurorluqdan ağır cinayətlə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nərimanov rayon prokurorluğu və rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyun 2013-cü il tarixdə qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iyunun 20-də üzərində kəsici-deşici xəsarətlərlə naməlum kişi meyitinin aşkar olunması faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldurmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan əməliyyat-istintaq hərəkətləri nəticəsində naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilərək onun 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nağıyev Rasim Tağı oğlu olması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Ələsgərov Zöhrab Məhəmməd oğlu avqustun 27-də tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qaynar.info