Xəbər lenti

Baş redaktor Kürdəxanıda aclıq aksiyasına başladı
Ölkə06:54 20.02.2017

Baş redaktor Kürdəxanıda aclıq aksiyasına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Jam.az” saytının (Jurnalist Araşdırma Mərkəzi) redaktoru, həbsdə olan jurnalist Fikrət İbişbəyli (Fərəməzoğlu) Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında aclıq edir. Bu haqda “Azadlıq”a jurnalistin həyat yoldaşı Faiqə Nüsrəti məlumat yayıb.

Həyat yoldaşı deyir ki, jurnalist avqustun 18-dən aclıq aksiyasına başlayıb: “Fikrət Fərəməzoğlu bu aksiya ilə məhkəməsinin ədalətsiz keçirilməsinə, sifarişlə həbs olunmasına etiraz edir”.

Faiqə Nüsrətinin sözlərinə görə, həyat yoldaşı aclığa başlaması haqda onunla telefonla danışarkən məlumat verib: “Bunları mənə deyəndə danışığımızı kəsdilər, qışqırdılar ki, “çölə məlumat ötürmə””.

Fikrət İbişbəyli Fərəməzoğlu ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Qaynarinfo.Az