Xəbər lenti

Baş redaktorun yanğında ölməsi barədə RƏSMİ MƏLUMAT
Ölkə08:05 28.04.2014

Baş redaktorun yanğında ölməsi barədə RƏSMİ MƏLUMAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi baş redaktorun ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib.

Nəticədə 70 kv/m sahədə yanar konstruksiyalar və əşyalar yanıb. Yanğın kəşfiyyatı zamanı evdə müvəqqəti yaşayan “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Qaynar.info