Texnologiya əsri olduğu bir məqamda mobil telefonlarla bağlı problemlərlə tez-tez üzləşirik. Bu problemlərdən də biri telefonun batareyasının şişməsidir.
Qaynarinfo.Az batareyanın niyə şişməsi suallarına aydınlıq gətirməyə çalışıb.
1. Batareya şişməsinin ən əsas səbəbi telefon enerji yığarkən ondan istifadə olunmasıdır. Bu hal batareyanın partlamasına, enerjini az saxlamasına, ya da batareyanın böyüməsinə səbəb olur.
2. Şişmə orijinal enerji doldurma cihazından istifadə edilmədikdə də olur. Batareyanın içindəki xüsusiyyətlər ilə keyfiyyətsiz cihazlar uyğun gəlmədiyi üçün batareya şişir. Smartfon telefonlarda batareyanı cihaza uyğun orijinal və keyfiyyətli bir alətlə doldurmalısınız.
3. Telefon kompüter və ya avtomobildə enerji yığarsa da batareya şişə bilər. Avtomobil işləyərkən və ya dayanarkən batareyanın nizamsız elektrik alması şişməyə səbəb olur. Eynilə kompüterin söndürülüb-yandırılması, yenidən başladılması zamanı batareyaya "əlvida" deyə bilərsiniz.
Xəbərdarlıq: Batareya içində yüksək səviyyədə enerji olduğundan, şişmiş batareyanı istifadə etmək düzgün deyil. Böyük təhlükələrə yol açmamaq üçün batareyanı yeniləsəniz, daha yaxşı olar.
Şişən batareya enərmi?
Şişən batareyanın enməsi texniki cəhətdən mümkündür. Ancaq işləyəcəyi və ya gələcəkdə sizə zərər verməyəcəyi barədə bir şey söyləmək düzgün deyil. Əgər batareyanız şişibsə, onun yenisini almağınız ən ağıllı addım olacaq.
Batareya şişib, zəmanəti varmı?
Bəli, şişən batareyalar zəmanət çərçivəsində satılır. Əgər zəmanət müddəti bitməyibsə, batareyanı dəyişdirə bilərsiniz. Ən çox belə problem "Samsunq" telefonlarında baş verir. Ona görə də bu problemə həll olaraq ən yaxınlığınızda olan "Samsunq"un servisinə vəziyyəti izah etməyiniz kifayət edəcək.
Şişən batareya partlayarmı?
Telefon batareyaları yuxarıda sadaladığımız səbəblərdən bir müddət böyüyər və partlamağa səbəb olar. Aşağıdakı videoda gördüyünüz kimi, şişmiş batareyanın partlaması ciddi xəsarətlərə yol aça bilər.
Batareyanın şişməsinin qarşısını almaq üçün nə edə bilərəm və ya nəyi etməməliyəm?
1. Telefon enerji yığarkən qətiyyən istifadə etməyin. Bununla həm telefonun enerjisinin dolma müddətini uzadarsınız, həm də batareya şişə bilər.
2. Keyfiyyətsiz batareya alətlərindən yararlanmayın.
3. Mümkün olduqca avtomobildə telefonunuzun enerjisini doldurmayın.
4. Prosessor və ya noutbukda batareya doldurmaq əvəzinə "rozetka"dan istifadə edin.
5. Batareya alarkən "bahalıdırsa, deməli, yaxşıdır" məntiqindən qaçın. Sadəcə orijinallarını alın.
6. Batareya telefon modelinə uyğun olmalıdır. Məsələn, "Qalaksi S3"ün batareyası "Samsunq Qalaksi Trend" modelinə də uyğun gəlir. Ancaq "Trendə bu batareyanı taxa bilərəm" kimi fikirləşmək son dərəcə səhvdir.
7. Axşam telefonu enerji yığmağa qoyub, səhər götürməyin. Batareya dolduqdan sonra onu enerji yığımından ayırmaq lazımdır.
8. Batareya doldurulan yer nə çox soyuq, nə də çox isti olmamalıdır.
9. Telefonunuzun əyri-üyrülüyü olmamalıdır. Bu da batareya şişkinliyinə yol açır.
Səbuhi TOFİQOĞLU
Şərhlər