Xəbər lenti

Batumiyə getmək istəyənlərə şad xəbər
Ölkə12:12 12.07.2016

Batumiyə getmək istəyənlərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaxın vaxtlarda Bakı-Batumi reysinin fəaliyyətə başlayacağını demişdi. Məlumatda qeyd olunurdu ki, reys həftənin 1, 3 və 5-ci günləri olmaqla saat 18:00-da Bakıdan yola düşəcək. Təyinat məntəqəsinə isə çatma vaxtı növbəti gün saat 09:00-dur. 

Batumi azərbaycanlıların yay istirahətləri üçün ən çox üz tutduqları şəhər olduğundan bu reysin açılmasını səbirsizliklə gözləyənlər var.

Məsələ ilə əlaqəli "Qaynarinfo.Az"a danışan  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, Bakı-Batumi reysi iyulun 15-dən sonraya nəzərə tutulmuşdu: "Bəzi sənədlərin imzalanmasına görə vaxt uzanıb. Maksimum 10 günə bu reyslər fəaliyyətə başlayacaq".

Qurum rəsmisi qeyd etdi ki, yaxın günlərdə biletlərin satışı ilə əlaqəli məlumat veriləcək.

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az