Prezident Co Bayden Linn Treysini ABŞ-ın Rusiyadakı yeni səfiri təyin etməyi planlaşdırır.
Treysi rus dilini bilir və artıq Rusiyada işləyib. 2014-2017-ci illərdə o, Moskvadakı ABŞ diplomatik missiyasının rəhbərinin müavini vəzifəsində çalışıb. 2019-cu ildən Treysi ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində çalışır.
CNN-in məlumatı təsdiqlənərsə, Treysi ABŞ-ın Rusiyadakı səfiri vəzifəsini icra edən ilk qadın olacaq. Sentyabrın 4-dək bu vəzifəni Con Sallivan tutub. O, planlaşdırılmış rotasiya çərçivəsində Rusiyadakı diplomatik missiyasını başa vuraraq Moskvanı tərk edib. Səfirliyin diplomatik missiyasının rəhbərinin müavini Elizabet Rud ABŞ-ın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini icra edən təyin edilib.
Nizami Bağırov