Xəbər lenti

Bayden Ərdoğanla görüşəcək
Siyasət16:22 29.03.2016

Bayden Ərdoğanla görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 31-də Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək. 
Bu barədə Baydenin mətbuat xidməti məlumat yayıb.
Türkiyə prezidentinin nümayəndələrinin məlumatına görə, Ərdoğan nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün bu gün ABŞ-a yola düşəcək. Məlumata görə, səfər aprelin 2-dək davam edəcək. “İkitərəfli görüşlərdə nüvə təhlükəsizliyi ilə bağlı məsələlərlə yanaşı Paris, İstanbul, Ankara və Brüsseldə törədilmiş terror aktlarının müzakirə ediləcəyi, regional mövzular ətrafında fikir mübadiləsi keçiriləcəyi gözlənilir”, - deyə məlumatda bildirilir.  
Qeyd edək ki,  nüvə təhlükəsizliyi sammiti martın 31-dən aprelin 1-dək davam edəcək.  (apa)
Qaynar.info