ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləzizin dəvəti ilə iyulun 15-16-da Ər-Riyada səfər edəcək. ABŞ lideri Səudiyyə kralı və vəliəhd Məhəmməd bin Salmanla görüşəcək.
Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.
Səudiyyə Ərəbistanı Krallığı sarayının mətbuat xidmətinin görə, verdiyi bəyanatda Bayden səfər zamanı Körfəz Əməkdaşlıq Şurası, Misir və İordaniya liderləri ilə birgə görüşdə iştirak edəcək.
Ağ Evin sözçüsü Karin Jean-Pyer isə ABŞ prezidentinin kral Salmanın dəvətini çox vacib hesab etdiyini və Səudiyyə Ərəbistanının son 8 onillikdə strateji tərəfdaş kimi rolunu vurğuladığını bildirib.
Ağ Ev sözçüsü həmçinin deyib ki, Baydenin Ər-Riyad səfəri iki ölkənin ümumi çağırışlarına cavab vermək və Yaxın Şərqdə sabitlik yaratmaq məqsədi daşıyır.
Ağ Ev rəsmilərinin bildirdiyinə görə, Səudiyyə Ərəbistanına səfəri zamanı Bayden təhlükəsizlik, iqtisadi və qarşılıqlı maraq doğuran digər məsələlərin genişləndirilməsini müzakirə edəcək.
M.Arif